Mütləq bilməli olduğunuz 100 faydalı internet saytı | Banco.az

Mütləq bilməli olduğunuz 100 faydalı internet saytı

Tamara Mustafayeva, Banco.az

Bugünkü məqaləmizdə sizə kəşf etdikdən sonra çox bəyənəcəyiniz və işinizə yarayacaq faydalı internet saytlarını təqdim edirik.

QEYD: Saytların adına klikləyərək internet səhifələrinə keçid edə bilərsiniz.

1) SuperCook: Evinizdə, mətbəxinizdə olan ingredientlərdən istifadə etməklə hansı yeməkləri hazırlamağın mümkün olduğunu göstərir və müvafiq reseptləri təqdim edir.

2) Coffitivity: Xüsusən də yenidən evdə qalmalı olduğumuz bu günlərdə sakitlikdən yorulduğunuzu və əvvəlki günlərin səs-küyü və canlılığı üçün darıxdığınızı hiss edirsinizsə, bu sayta mütləq baş çəkməlisiniz.

3) Discuvver: Daha çox faydalı sayta asanlıqla çıxış əldə etməyinizə yardımçı olacaq vasitəçi. Belə ki, sayta daxil olursunuz və “Take me to a useful website” seçimini klikləyirsiniz.

4) Mix: Discuvver kimi bu sayt da sizə maraq dairənizə uyğun faydalı internet saytlarına çıxış imkanı təklif edir.

5) WhatSong: İzlədiyiniz film və ya seriallarda rastlaşdığınız mahnıları tapmağınıza yardımçı olan internet saytı.

6) HomeStyler: Evinizin interyerini yenidən dizayn etməkdə sizə köməklik göstərəcək sayt.

7) Ninite: Axtardığınız proqramları tək-tək deyil, eyni anda yükləməyinizə imkan yaradan internet saytı.

8) Duolingo: Ödənişsiz xarici dil öyrənə biləcəyiniz internet saytı və mobil tətbiq. Xatırladaq ki, hazırda bir çox dünya universitetləri duolingo sertifikatını rəsmi olaraq tanıyır.

9) Squirt: İnternetdə qarşınıza çıxan məqalələri daha sürətli oxumağınıza imkan yaradan vasitə.

10) Alternativeto: Sevdiyiniz proqramların alternativlərini təqdim edir.

11) Thripy: Dünyanın fərqli yerlərindən turistik videoları izləməyinizə imkan yaradır.

12) Musclewiki: Sizə uyğun idman hərəkətləri təqdim edən internet saytı.

13) Keepmeout: Lüzumsuz yerə çox vaxt keçirdiyinizi düşündüyüz saytlardan uzaq durmağınıza yardımçı olur.

14) Wolfram Alpha: Açar sözlərdən istifadə etməklə axtarış edə biləcəyiniz internet saytı.

15) Simply Noise: Asanlıqla yuxuya getməyinizə yardımçı olacaq melodiyaları dinləyə biləcəyiniz sayt.

16) Kitapmetre: Almaq istədiyiniz kitabı ən ucuz qiymətə hansı saytdan tapa biləcəyinizi göstərir.

17) Geacron: Bu saytda e.ə 3000-ci ildən günümüzə qədər dünya xəritəsinin necə dəyişdiyini görə bilərsiniz.

18) World Time: Son 30 il ərzində dünyada hansı dəyişikliklərin yaşandığını öyrənə biləcəyiniz internet saytı.

19) Evolutionoftheweb: Rəngli qrafiklərlə internet texnologiyasının təkamülünü göstərən sayt.

20) Sleepyti.me: Bu internet saytı sizə doğru yuxu saatını söyləyir.

21) Ptable: Elementlərin dövri cədvəlini öyrənmək istəyənlər üçün faydalı olacaq sayt.

22) Pushbullet: Telefonunuza gələn bildirişləri kompüterin ekranında görməyinizə imkan yaradır.

23) PlaylistBuddy: Spotify play-listini Youtube play-listinə çevirmək üçün istifadə edə biləcəyiniz sayt.

24) Tony-b.org: Özünüzü dj kimi hiss edəcəyiniz, sadə musiqilər bəstələməyinizə imkan yaradan internet saytı.

25) How Many People Are In Space Right Now?: Hazırda neçə insanın kosmosu kəşf etdiyini və həmin şəxslərin adlarını öyrənə biləcəyiniz veb sayt.

26) The True Size: Bu sayta daxil olmaqla dünyanın istənilən ölkəsinin ərazisi haqqında informasiya əldə edə bilərsiniz.

27) Tiii.me: Hansı serialın cəmi neçə saat davam etdiyini və ya hər hansı bir mövsümünün nə qədər olduğunu öyrənə biləcəyiniz sayt.

28) Do Nothing For 2 Minutes: İki dəqiqə ərzində heç bir işlə məşğul olmadan sadəcə dalğaların səsi ilə hüzura qovuşacağınız internet saytı.

29) Flight Radar: Səmada hazırda uçan bütün təyyarələri görə biləcəyiniz sayt.

30) GeoGuessr: Sayta daxil olursunuz, verilmiş xəritədən istənilən bir yer seçirsiniz və həmin yerin hara olduğunu tapmağa çalışırsınız.

31) Radio Garden: Dünyanın hər hansı bir yerində fəaliyyət göstərən istənilən radio kanalını dinləməyinizə imkan yaradır.

32) How Long to Read: Sayta daxil olub hər hansı bir kitabın adını qeyd edirsiniz və kitabın səhifələri dəqiqələrə çevrilir. Xatırladaq ki, sayt təkcə ingilis dilində xidmət göstərir.

33) Music Map: Sevdiyiniz hər hansı bir musiqiçinin adını yazdığınız zaman oxşar musiqiçilərin adlarını sizə təqdim edir.

34) The Magic iPod: 2000-ci illərdə populyar olan mahnıları mash-up formasında dinləməyinizə imkan yaradan sayt.

35) Noisli: Siz hər hansı bir işlə məşğul olduqda diqqətinizi toplamağınıza yardımçı olacaq səslər təqdim edir.

36) I Miss the Office: Xüsusən də ofisə gedə bilmədiyimiz bu karantin günlərində ofis mühiti üçün darıxanların köməyinə çatır. Siz çalışdığınız zaman arxa fonda ofis səslərini dinləyə bilərsiniz.

37) Skylinewebcams: Dünyanın dörd bir yanından onlarla şəhər kamerasına çıxış əldə edə bilərsiniz.

38) AI Gahaku: “AI Gahaku” adlı süni intellekt sənətçisi daxil etdiyiniz fotoşəkli yağlı boya ilə çəkilmiş tabloya çevirir.

39) CelesTrak: Bu sayt mövcud peyklərin orbital görünüşünü təqdim edir.

40) How is the World?: Rəngli xəritə üzərində dünya ölkələrinin mövqeyini göstərən sayt.

41) Rockets of Earth: Bu gününədək kosmosa göndərilmiş bütün roketlər haqqında bu saytdan məlumat əldə edə bilərsiniz.

42) Cut the Knot: Riyazi tapmacaların və digər interaktiv testlərin toplusunu sizə təqdim edir.

43) The Deep Sea: Sayta daxil olmaqla dəniz sularının müxtəlif dərinliklərində hansı dəniz canlılarının yaşadığını öyrənə bilərsiniz.

44) Evolution of the Scrollbar: Texnologiya tarixi ilə bağlı olduqca faydalı bir sayt.

45) Genealogy.math: Tanınmış riyaziyyatçıların elmə verdikləri töhfələri öyrənə bilməyiniz üçün bu sayta müraciət edə bilərsiniz.

46) Color Names: Sayta daxil olub arzu etdiyiniz bir rəngi seçin və həmin rəngi adlandırmaq üçün keçirilən səsverməyə qatılın.

47) HearingTest: Bu internet saytı eşitmə bacarıqlarınızı sınamağınız üçün tərtib edilib.

48) Light Pollution Map: Son on ilin məlumatlarına əsasən hər hansı bir işıq çirklənməsi səviyyəsini buradan öyrənə bilərsiniz.

49) The Atlas os Moons: National Geographic kanalının bir layihəsi olan bu sayt Günəş sistemində məlum olan bütün peyklərin animasiyalaşdırılmış atlasını təqdim edir.

50) What is a Day?: Zamanın necə ölçüldüyünün interaktiv açıqlamasını verir.

51) Ishkur: Elektronik musiqi janrları arasındakı əlaqəni göstərən musiqi xəritəsi.

Ən sərfəli kredit üçün müraciət et

52) Plink: Dünyanın dörd bir yanında yaşayan insanlarla birlikdə musiqi ifa edə biləcəyiniz internet saytı.

53) MyNoise: Bir az sakitliyə ehtiyacınız varsa, və ya yuxuya getmək üçün xüsusi melodiya axtarırsınızsa, bu sayta mütləq baş çəkməlisiniz.

54) Apollo 11 in Real Time: Apollo 11 kosmik gəmisinin aya enişini 50 il sonra təfərrüatları ilə izləməyinizə şərait yaradan sayt.

55) The Google Cemetery: Google məhsullarının qəbiristanlığı. Belə ki, Google şirkətinə məxsus bütün uğursuz xidmətlərin toplusunu burada görə bilərsiniz.

56) Colorize Photos: Ağ-qara şəkilləri rəngləyə biləcəyiniz internet saytı.

57) Google Experiments: Sayta daxil olan hər kəsin rəsmlər, qrafiklər, dil, musiqi və daha çox vasitə ilə mexanika öyrənməsinə yardımçı olur.

58) Traffic Simulation: Nəqliyyatın hərəkətinin elmi əsaslarını göstərən sayt.

59) Sounds Map: İnsanların o anki emosiyalarına görə necə verbal reaksiyalar verdiyini göstərən səs xəritəsi.

60) The Boat: Bir növ interaktiv cizgi roman.

61) WebGL Water: Brauzerdə oynaya biləcəyiniz maraqlı su və hovuz oyunu.

62) Wab: Ən köhnə rəqəmsal oyunları bir yerdə görə biləcəyiniz internet saytı.

63) Human Terrain: Dünya əhalisinin 3B texnologiyası ilə əks etdirilməsi.

64) FlightClub: Əsl roketlər yaradıb uçuşa hazırlamağınıza imkan yaradır.

65) Conserve the Sound: Keçmiş telefonlar, oyun konsolları, kameralar, yazı makinaları, sərinkeşlər və digər qədimi məhsulların səslərini arxivləşdirən sayt.

66) TimeLine of Earth: Dünyanın və canlı aləmin təkamülünü infoqrafiya formasında addım-addım göstərən internet saytı.

67) Rave: Süni intellekt əsaslı DJ.

68) Based on a True Story: “Real hadisələr əsasında lentə alınan” filmlərin nə dərəcədə reallığı əks etdirdiyini göstərir.

69) Meteor Showers: Tarix boyu baş vermiş meteorit axınlarını göstərir.

70) Bird Sounds: Minlərlə quş səsini dinləyə biləcəyiniz internet saytı.

71) NYPL Public Domain Release: 2016-cı ildə Nyu York Xalq Kitabxanası 187 mindən çox sənət əsəri və fotoşəkilləri araşdıraraq bu internet saytında yayımlayıb.

72) Passport Index: Viza ilə və ya vizasız hansı ərazilərə səfər edə biləcəyinizi bu saytdan öyrənə bilərsiniz.

73) Localingual: Dünyanın hər yerindən müxtəlif aksentlərə qulaq asa biləcəyiniz interaktiv xəritə.

74) Animated Knots: Balıqçılıq, avarçəkmə, kəşfiyyat və axtarış-xilasetmə kimi müxtəlif sahələrdə necə düyün atıldığını göstərən internet saytı.

75) The Colors of Motion: Filmlərin rəng palitrasını yaradan sayt.

76) Petalica Paint: Eskizləri avtomotik şəkildə rəngləndirən sayt.

77) The Elements of Basketball: Dövri cədvəl vasitəsilə basketbol atışlarının növlərini öyrənə biləcəyiniz bir veb sayt.

78) Where is Roadster?: İlon Mask tərəfindən kosmosa göndərilən qırmızı Roadster maşınını real vaxtda izləməyinizə imkan yaradan sayt.

79) Make it From: Ləvazimatları və məxsusi xüsusiyyətlərini bu saytdan öyrənə bilərsiniz.

80) Radiooooo: Müxtəlif ölkələrdə hər hansı bir zaman kəsimində fəaliyyət göstərən radioların o zamankı səs yazmalarını dinləmə imkanı yaradır.

81) ECU Maritime Studies: Bir araşdırma heyəti II Dünya Müharibəsindən qalmış dənizaltı xarabalıqlarını 3D texnologiyası vasitəsilə modelləşdirmişdir.

82) Interactive Phylogenetic Tree of life: Bakteriyalardan insanlara qədər bütün canlıların həyat ağacını bu sayta daxil olmaqla görə bilərsiniz.

83) MusicMap.info: Musiqi janrları, nümunə play-listlər və musiqi tarixini buradan izləyə bilərsiniz.

84) Piskel: Sadə animasiya və qrafiki modellər hazırlamağınıza yardımçı olan vasitə.

85) Falstad: Dalğa hərəkətinin veb əsaslı bir fizika simulyasiyası.

86) 3D Face Reconstruction: Sayta daxil etdiyiniz fotoşəklə əsasən üzünüzün 3D modelini yaradır.

87) Windy.com: Küləyə və hava şəraitinə nəzarət etməyiniz üçün dizayn edilmiş internet saytı.

88) Eclipse 2017: 21 avqust 2017-ci ildə baş verən tutulma hadisəsini görmək üçün dünyanın hər hansı bir yerinə klikləyin.

89) LightningMaps: Dünyada bu vaxta qədər baş vermiş bütün ildırım çaxması hadisələrini real zamana uyğun izləyə biləcəyiniz sayt.

90) Antipodes Map: Sayta daxil olub dünyanın hər hansı bir yerini seçirsiniz və həmin nöqtədən tunel qazmağa başlasanız bu tuneldən keçərək dünyanın hansı yerindən çıxacağınızı görə bilərsiniz.

91) ColorHexa: Hər hansı bir rənglə bağlı istənilən qədər məlumat əldə edə biləcəyiniz sayt.

92) SpirographN: Spirograph adlanan rəsm sənətinə uyğun əsərlər hazırlamağınıza imkan yaradır.

93) Will Robots Take My job?: Peşənizin bir robot tərəfindən icra edilmə ehtimalını göstərir.

94) Elephant Expedition: Afrika cəngəlliklərindəki filləri saymaqla elm adamlarına kömək edə bilərsiniz.

95) PaperSizes: Kağız ölçüləri üçün beynəlxalq standartları göstərir.

96) Everest Rescue: Everest dağına 3D texnologiyasının köməyilə virtual səyahət.

97) City Names: Dünyadakı neçə yerin eyni adı bölüşdüyünü buradan öyrənə bilərsiniz. Məsələn, San-Fransisko adlı 608 yer var imiş

98) FlagWaver: Öz bayrağınızı yaradıb dalğalandıra bilərsiniz. Xatırladaq ki, bunun üçün kompüterinizin yaddaşında olan şəkillərdən istifadə ilə yanaşı, internetdən də istənilən görüntünü yükləyə bilərsiniz. 

99) How much of your body is your own?: Özünüzlə bağlı sadə məlumatları sayta daxil edin və orqanizminizlə əlaqədar hər şeyi öyrənin.

100) 100,000 Stars: Bu internet saytı 3B texnologiyası vasitəsilə ən yaxın ulduz sistemlərində virtual səyahətə çıxmağınıza imkan yaradır.

Həmçinin oxu: Mütləq izləməli olduğunuz 6 YouTube kanalı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et