Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 280,9 milyon manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 46 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 9,2 faiz artıb.
10 ayda 1 091 ədəd notbuk (95,7% azdır), 1 440 ədəd stolüstü kompüter, 242,8 min ədəd ölçmə cihazları, 200 ədəd güc transformatorları istehsal edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
