Müəllif: Mehin Qasımova/Banco.az
Dünyaca məşhur "Honda" şirkətinə məxsus yeni mini biznes təyyarəsinin ilk uçuşu 2026-cı ildə baş tutacaq.
Banco.az xəbər verir ki, Yapon istehsalçısı bildirib ki, “HondaJet Echelon” adlanacaq təyyarə üçün uçuş sertifikatlarının 2028-ci ildə ABŞ aviasiya hakimiyyətlərindən alınması planlaşdırılır.
Şirkət rəhbərinin açıqlamasına görə, yüngül reaktiv sinfə malik olan 11 yerlik mini təyyarə rəqibləri ilə müqayisədə yanacağa 20 faiz qənaət edəcək.
Hər qanadında mühərriki olan mini reaktiv təyyarə yanacaq doldurmadan ABŞ-ı keçə bilən ilk tək pilotlu yüngül reaktiv təyyarə olacaq.
Honda Aircraft-ın prezidenti və baş direktoru Yamasaki Hideto bildirib ki, "HondaJet Echelon"də ənənəvi yüngül reaktiv təyyarələrdə səyahət təcrübəsini aşan yeni kateqoriya yaradacaq.
Qiyməti hələlik məlum olmayan yeni təyyarənin yığılması ən tez 2024-cü ildə yapon istehsalçısının ABŞ-ın Şimali Karolina ştatındakı fabrikində başlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!