VÖEN necə ləğv olunur? | Banco.az

VÖEN necə ləğv olunur?

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün isə vergi ödəyicisi uçotda olduğu vergi orqanına Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün bunlar Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu34.5-ci, 34.7.3-cü  və 38.3.8-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları,  Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması elektron xidməti üzrə inzibati reqlamentinə əsaslanır.