Vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan müəssisə rəhbərlərinin sayı 1021-ə yüksəlib | Banco.az

Vergi borcuna görə ölkədən çıxışı məhdudlaşdırılan müəssisə rəhbərlərinin sayı 1021-ə yüksəlib

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 29 noyabr tarixinə vergi borcu olduğuna görə 1021 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 22 noyabr tarixinə vergi borcu olduğuna görə 998 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

Mənbə: Apa.az