Ultra-real insanabənzər robot tərəfindən hazırlanmış əsərlər sərgiyə çıxarılıb | Banco.az

Ultra-real insanabənzər robot tərəfindən hazırlanmış əsərlər sərgiyə çıxarılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ilk ultra-real insanabənzər robotu tərəfindən hazırlanmış nümunələr sərgiyə çıxarılıb.

Banco.az xəbər verir ki, dünyanın ilk ultra-real insanabənzər robot rəssamı və dizayneri Ai-Da tərəfindən hazırlanmış əsərlər London Dizayn Sərgisində nümayiş etdirilir.

Ai-Da gözlərindəki kameralar, süni intellekt alqoritmləri və robot qolundan istifadə edərək rəsm çəkə bilir. Onun müasir incəsənətin bir hissəsi kimi dizayn edilmiş əsərləri 2023 London Dizayn Sərgisində nümayiş olunur.

Dizaynlarını yaratmaq üçün İngiltərəyə aparılan robot 3D çap ilə məişət əşyalarının heyrətamiz prototiplərini hazırlayıb. Kolleksiyaya boşqab, kasa, çaydan və vaza kimi parçalar daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sərgi 25 iyun tarixinədək açıq olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et