Türkiyəyə xaricdən göndərilən yardım malları üçün gömrük prosedurları açıqlanıb | Banco.az

Türkiyəyə xaricdən göndərilən yardım malları üçün gömrük prosedurları açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəyə xarici ölkələrdən göndərilən yardımlar gömrük rüsümlarına tabe edilməyəcək.

Banco.az xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyinin rəsmi “Twitter” səhifəsində xaricdən göndərilən yardım malllarının gömrük prosedurları ilə bağlı elan paylaşılıb.

Elanda qeyd olunub ki, zəlzələdən zərər çəkmiş insanlara pulsuz paylanması və ya istifadəyə verilməsi məqsədilə xarici ölkələrdən göndərilən ilkin tələbat malları və digər ləvazimatlar prezident tərəfindən vergidən azad edilmiş dövlət qurum və təşkilatlarına, ictimai maraqlara xidmət edən birliklərə və fondlara göndərilərsə, gömrük rüsumları və ticarət siyasəti tədbirləri olmadan idxal ediləcək.

Xatırladaq ki, müvafiq nazirliklər tərəfindən müntəzəm koordinasiyanın təmin edilməsi üçün sözügedən mallar mütləq göstərilən qurum və təşkilatlardan hər hansı birinə göndərilməlidir. Müvafiq malların gömrük prosedurlarını həyata keçirmək üçün nəqliyyat sənədini və əgər varsa, malların siyahısını onların gəldiyi gömrük orqanına təqdim etmək kifayət edəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et