Tramp İrana xəbərdarlıq etdi: Biz rüsumları qəbul etmirik | Banco.az

Tramp İrana xəbərdarlıq etdi: Biz rüsumları qəbul etmirik

Müəllif:Mehin Qasımova,banco.az

Donald Tramp Ağ Evdə keçirilən tədbirdən sonra jurnalistlərin İranla bağlı suallarını cavablandırıb.

Banco.az xəbər verir ki, İranı hərbi cəhətdən məğlub etdiklərini iddia edən Tramp, Tehran rejimi ilə danışıqların davam etdiyini və heç bir halda İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini bildirib.

ABŞ prezidenti İranın Oman üzərindən Hörmüz boğazından kommersiya tranziti üçün ödəniş tələb etməyə çalışdığı barədə məlumatlara münasibət bildirib.

Hörmüz boğazının beynəlxalq su yolu olduğunu və kommersiya keçidləri üçün açıq qalmalı olduğunu vurğulayan Tramp deyib ki,  bunu araşdırırıq, bundan xəbərdarıq:

 "Biz yol haqqı istəmirik. Bu, beynəlxalq su yoludur. Biz rüsumları qəbul etmirik".

Tramp həmçinin ABŞ-ın İran limanlarına qarşı blokadasının davam etdiyini və effektiv şəkildə həyata keçirildiyini bildirib. ABŞ prezidenti bildirib ki, heç bir gəmi bizim razılığımız olmadan keçə bilməyib və donanmamız fantastik iş görüb. Heç bir gəmi bizim razılığımız olmadan İrana daxil olmur və ya çıxmır.