Müəllif:Mehin Qasımova/Banco.az
"Toyota" 2023-cü ildə Avropada böyüməsini davam etdirərək tarixinin ən yüksək satış rekorduna çatıb.
Banco.az xəbər verir ki, avtomobil şirkəti 2022-ci ilə müqayisədə 9 faiz artımla 1 milyon 173 min 419 ədəd satış əldə edib.
Ardıcıl üç ildir Avropanın ən çox seçilən ikinci avtomobil markası olma uğurunu əldə edən "Toyota", 2023-cü ildə də 6,7 faiz bazar payı ilə böyüməsini davam etdirdi.
Ən çox satılan Toyota modelləri
"Yaris" və "Corolla" modelləri Toyota-nın Avropadakı ümumi satışlarının 76 faizini təşkil edib.
Toyotanın hibrid, plug-in hibrid və tam elektrikli vasitə satışları 11 faiz artaraq 755 minə yüksəlib və bu modellər bütün satışların təxminən faiz 70-ni təşkil edib.
Toyota-nın tam elektrikli avtomobili bZ4X 2023-cü ildə 19 min 606 ədəd satılıb.
"Toyota", yenilikləri və yeni Toyota C-HR modelinin töhfəsi ilə bu yüksəlişi 2024-cü ildə də davam etdirməyi hədəfləyir.
Yüngül ticarət sektorunda da rekord qeydə alınıb
"Toyota" yüngül ticari avtomobil seqmentində də rekord qırıb. "Toyota" 2023-cü ili 2022-ci illə müqayisədə 18 faiz artımla 140 mindən çox yüngül kommersiya avtomobili satışı ilə tamamladı.
Böyük mikroavtobusu PROACE MAX-ı, həmçinin elektrik versiyalarını da əhatə edən PROACE və PROACE CITY məhsullarını təqdim edən "Toyota", yüngül kommersiya avtomobilləri seqmentində iddiasını artırmağa davam edir.
Hilux məhsul çeşidinə 48V hibrid versiyasını da əlavə edəcək "Toyota", 2025-ci ildə Avropada hər il 180 mindən çox yüngül ticari avtomobil satmağı hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!