Son onillikdə ən çox hansı ölkələrdə milyarder sayı artıb? - Forbes reytinqi | Banco.az

Son onillikdə ən çox hansı ölkələrdə milyarder sayı artıb? - Forbes reytinqi

Nigar Umaxanlı, Banco.az

Bu il dünyanın ən varlı insanları reytinqinə 2000-dən çox insan daxil olub. Bu, on il əvvəlkindən üç dəfə böyük rəqəmdir. Bir sıra ölkələr 2009-cu ildə baş vermiş qlobal böhrandan qurtulub yeni milyarderlər qazanmağı bacarıb.

Həmçinin oxu: Dünyanın ən zəngin qadınları kimlərdir? - 2020

Qlobal iqtisadi böhrandan dərhal sonra 2010-cu ildə başlayan onillik ərzində dünya birjaları da daxil olmaqla sürətli artım müşahidə edildi. Son on ildə dünyada milyarderlərin sayı, demək olar ki, üç dəfə artıb:

“Forbes”in aprelin 7-də dərc etdiyi məlumata görə, 2020-ci ildə dünyanın ən varlı insanları siyahısında 2095 nəfər yer alıb. On il əvvəl dünya milyarderlərinin ümumi sərvəti 3,5 trilyon dollar idisə, hal-hazırda 8 trilyon dollar səviyyəsində qiymətləndirilir. Bu müddət ərzində 61 ölkədə yeni milyarderlər meydana çıxıb.

Həmçinin oxu: Milyarderlər sərvətlərini hansı ölkələrdə gizlədirlər? — ARAŞDIRMA

Asiya qitəsi varlılar cəhətdən daha məhsuldar olduğunu sübut etdi. Bu onillikdə ən çox milyarder Çində meydana gəldi. 2010-cu ildə bu ölkədə 64 milyarder var idi, indi bu rəqəm 389-dur. Taylandda milyarderlərin sayı 2010-cu ildən bəri üç nəfər artaraq 20-yə çatıb. Sinqapurda isə artıq dörd milyarder əvəzinə 26 varlı var. Hindistanda isə son on il ərzində milyarderlərin sayı 108% artaraq 102 nəfər olub.

Top onluqdakı dörd ölkə Avropada yerləşir, bunlar Almaniya, Fransa, İsveçrə və İtaliyadır. 2010-cu ildə, ümumiyyətlə, milyarderin olmadığı 18 ölkədə bu onillikdə ən azı bir nəfər adını “Forbes”in milyarderlər siyahısına yazdırıb. Bunların arasında Sent-Kits və Nevis, Nepal, Qatar və Tanzaniya da var.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Corcio Armaninin məşhurluq və zənginlik sirri nədir? 

Lakin sərvət qeyri-bərabər paylanıb. Səudiyyə Ərəbistanı, Türkiyə, Belçika və Yeni Zelandiya da daxil olmaqla on ölkədə milyarder sayı azalıb. “Forbes” Səudiyyə milyarderlərini 2018-ci ildə reytinqdən tamamilə çıxartmışdı. Belə ki, artıq onların aktivləri haqqında etibarlı məlumat almaq imkanı yox idi.

Qonşu Rusiyada 5 yeni milyarder “Forbes—2020” reytinqinə daxil olub. Dörd ölkədə: Livan, Gürcüstan, Küveyt və BƏƏ-də 2010-cu ildən bu yana milyarderlərin sayı dəyişməyib.

Həmçinin oxu: Silikon Vadisi milyarderləri bunkerlərinə çəkildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram