Armani moda sənayesinə böyük töhfələr vermiş bir şəxsdir. Bəs ona zəngin və məşhur olmaqda nə kömək edib? Milyarder müvəffəqiyyət qazanmaq istəyənlərə 15 tövsiyə verir.
1.Səhv addım atsan belə dayanma
Armani həkim olmağı arzulayırdı, lakin 2 il bu sahə üzrə təhsil aldıqdan sonra fikrini qəflətən dəyişdirdi və orduda xidmət etməyə yollandı.
2. Asan olmayacağını bil
Öz geyim xəttinin dizayneri olmamışdan əvvəl Corcio bir neçə peşə dəyişdirib. Bunların arasında fotoqraf köməkçisi, texniki işçi, vitrin tərtibatçısı, geyim alıcısı, modelyer assistenti və stilist olub.
3. Məqsədinizə sadiq qalın
Moda sənayesinə yeni qədəm basmış gənc Corcioya kolleksiyalar hazırlamaq və geyimlərə aksesuarlar seçmək böyük zövq verirdi. Lakin öz şəxsi dizayn modellərini istehsal etməyə başlamazdan əvvəl bir müddət Emanuel Unqaro və Ermenecildo Cenia kimi öz dövrünün məşhur modelyerlərinin yaradıcılığını diqqətlə öyrənmişdi. Armani uzun müddət naxış işlədi, toxudu, tikdi və sonda mükəmməl nəticəni əldə etdi.
4. Yeni üfüqlər kəşf edin
Corcio Armani “Amerikalı jiqolo”, “Yadlara təsəlli” və “Toxunulmazlar” filmlərində kostyumlar üzərində işləmişdir. Ancaq Riçard Girin başdan ayağa Giorgi Armani geyindiyi ilk film sayəsində bütün dünya dizayneri tanıdı.
5. Başqalarına kömək edin
2000-ci illərin əvvəllərində Armani əfqan qaçqınlara yardım göstərmişdi və iki il sonra BMT-nin Qaçqınlar üçün xoşməramlı səfiri adına layiq görülmüşdü.
6. Məşhurlarla dostlaş
Müxtəlif illərdə məşhur italyanın geyimlərini Leonardo Di Kaprio, Tom Kruz, Robert De Niro, Cudi Foster, Corc Kluni, Culiya Roberts və başqaları da geyinib. Hamısı bu günə qədər öz sevimli dizaynerinə vəfalı qalıb.
7. Ailəni və yaxınlarını unutma
Armani heç vaxt evlənməyib, övladı yoxdur, təkcə şirkətin VIP-şöbəsində işləyən Roberta adında qardaşı qızı var.
Həmçinin oxu: Uğur qazanmaq üçün milyarderlərdən 4 ən yaxşı MƏSLƏHƏT
8. Birinci olmağa çalış
Armani modellərin seçilməsi qaydalarını sərtləşdirən və sağlam formaları podyuma qaytaran ilk insan oldu.
9. Gec olsun, güc olmasın
İlk kolleksiyasının nümayişindən yalnız 29 il sonra dizayner “Armani Prive” couture kolleksiyasını buraxdı. O zaman Corcionun 71 yaşı vardı.
10. İnvestisiya etməkdən qorxma
Corcio Armani ölkə tarixində ən varlı italyan dizaynerdir. Yeganə sahibi olduğu şirkətin illik dövriyyəsi təqribən iki milyard dollardır. Öz geyimləri, ayaqqabıları, aksesuarları, kosmetika və elektronikası ilə yanaşı Armani dünyanın ən böyük şəhərlərində on iki kafe, bar, restoran, gecə klubu, Bürc Xəlifədə 1-dən 39-cu mərtəbəyə qədər yerləşmiş kurort və otelə malikdir.
11. İnnovasiyalara inan
Dizayner 2007-ci ildə bütün dünyada şousunu onlayn yayımlamış ilk insan oldu.
12. Özünə vaxt ayır
Corcio idmanı sevir və bütün həyatı boyu heç bir dənə də siqaret çəkməyib və heç bir narkotik maddəni sınaqdan keçirməyib. Gəncliyindəki kimi indi də bütün vaxtını idmana və işə həsr edir. Hal-hazırda vegeteriandır və səhərlər idmanla məşğul olmağa davam edir.
13. Borc alma
Armani heç vaxt heç kimdən borc almadığını və azla kifayətləndiyini söyləyir. Yolun əvvəlində şirkətinin bir hissəsini sataraq bəzi xərcləri ödəmişdi, ancaq sonra geri almışdı.
14. Gələcəyi düşün
Varisi olmadığı üçün dizaynerin şirkətini kimə həvalə edə biləcəyini soruşduqda Armani cavab verib ki, bu yalnız Tom Ford ola bilər.
15. Təcrübə et, yoxla
Dizayner moda çərçivəsini genişləndirməkdən çəkinmədiyi və ilk dəfə qadınlar üçün rəsmi kostyum tikdiyi üçün də böyük rəğbət qazanıb.
Nigar Umaxanlı, Finco.az