Son illərdə bəzi Silikon Vadisi biznesmenləri fəlakətlərdən sığortalanmaq üçün öz təhlükəsizliklərinə sərmayə qoyurdular. Bura lüks bunkerlərin alınması, onların təchizatı, yemək və silah ehtiyatının formalaşdırılması daxildir. Koronavirus pandemiyası şəraitində çoxillik hazırlıq məsələsi aktuallaşdı.
“Bloomberg” xəbər verir ki, Silikon Vadisinin bir sıra milyarderləri Yeni Zelandiyadakı bunkerlərinə qaçmağa fürsət tapıblar. Prodüser Mihai Dinulesku və həyat yoldaşı mart ayının əvvəlində ölkənin xaricilər üçün sərhədlərini bağlamasından dörd gün əvvəl Oklendə uçub. Baxmayaraq ki, yerli KİV özəl təyyarələrin bundan sonra da gəldiyini xəbər vermişdi.
Həmçinin oxu: Milyonerlər koronavirusdan necə qorunacaq?
Dinulesku “Bloomberg”ə müsahibəsində bildirib ki, 10 dostu da pandemiya dövrünü keçirmək üçün Yeni Zelandiyaya yollanıb. ABŞ-ın “Rising S” - ən böyük bunker və bomba sığınacağı istehsalçısının rəhbəri açıqlayıb ki, martda Silikon Vadisi şirkətlərindən birinin CEO-su Yeni Zelandiyadakı bunkerinə giriş əldə etmək üçün ona zəng edib, halbuki əvvəllər bu cür məkanlardan istifadə etmirdi.
“Business Insider”ın məlumatına əsasən, son illərdə amerikalı zəngin biznesmenlər təbii fəlakətlər və epidemiyalara hazırlığa investisiyalar yatırıblar. “Reddit”in keçmiş icraçı direktoru İşan Vonq “The New Yorker”ə söyləmişdi ki, şəxsi kapitalının bir hissəsini böhran vəziyyətlərindən sığortalanmaq üçün xərcləyəcək və bunu məntiqli addım adlandırmışdı.
Fəlakətə hazırlaşan məşhur sahibkarlar arasında “Y Kombinator”un sabiq prezidenti Sam Altman, “Reddit”in CEO-su Stiv Haffman və “PayPal” həmtəsisçisi Piter Til də var. 2011-ci ildə Til Yeni Zelandiya vətəndaşlığı alıb və adıçəkilən ölkədə iki daşınmaz əmlaka sahibdir.
Aprel ayında Yeni Zelandiya hökuməti koronavirusdan zərər çəkmiş vətəndaşlarla həmrəy olduqlarını nümayiş etdirmək məqsədilə əmək haqlarını kəskin şəkildə azaldıb. ”Məhz indi ölkədə fərqli mövqelərdəki insanlar arasındakı uçurumu azaltmağın vaxtıdır”, — baş nazir Cacinda Ardern vurğulayıb.
Silikon Vadisinin ən bahalı startapı 600 milyon $ vəsait cəlb etdi.
Həmçinin oxu: "Onlayn rejimə keçməyə tələsməyən şirkətlər, bir gecədə bunu etdilər"
Nigar Umaxanlı, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!