Inc.ru yazır ki, “Tax Justice Network” qeyri-hökumət təşkilatı sərvətin gizlədilməsi üçün ən əlverişli olan ölkələrin reytinqini tərtib edib. Əsas göstərici olaraq maliyyə qeyri-şəffaflığı, kommersiya əməliyyatları və şəxsi hesablar barədə məlumatların gizliliyi götürülüb.
Həmçinin oxu: LinkedIn optimist ölkələrin adlarını açıqlayıb
“Tax Justice Network” dünyanın müxtəlif ölkələrində ofşor qanunvericiliyinin necə işlədiyini araşdırır. Ancaq qeyd edək ki, təşkilatın yeni reytinqi ən “münbit” ofşor dövlətlərin siyahısı deyil. Bu reytinqdə yer tutmaq onu göstərir ki, hökumətlərin hüquq və maliyyə sistemi imkanlı fərdi şəxslərə və hətta cinayətkarlara pullarını gizlətməyə və ya yumağa nə dərəcədə zəmin yaradır.
Analitiklər həmçinin vurğulayıb ki, reytinqdə qərarlaşmaq yalnız maliyyə qanunvericiliyinin qeyri-şəffaflığına dəlalət etmir. O cümlədən bu və ya digər hökumətin qlobal qeyri-şəffaf bank sənayesinə nə dərəcədə töhfə verdiyini göstərir. Reytinqə Kayman adaları başçılıq edir.
Həmçinin oxu: Dünyanın ən gözəl körfəzi yerləşən ada SATILIR
Ümumilikdə, 10 ölkə varidat gizlətmək üçün çox münasib hesab olunur.
- Kayman adaları
- ABŞ
- İsveçrə
- Honkonq
- Sinqapur
- Lüksemburq
- Yaponiya
- Niderland
- Britaniyanın Virciniya adaları
- BƏƏ
Qonşu Rusiya, təşkilatın bildirdiyinə görə, bank sahibləri və əməliyyatları haqqında məlumatların açıqlanması məsələsində kifayət qədər yüksək dərəcədə şəffaflığa malikdir. Bununla yanaşı mütəxəssislər qeyd edirlər ki, şirkətlərin mülkiyyətinin açıqlanması cəhətdən də Rusiya çox qapalıdır.
Həmçinin oxu: Bu ölkədə elektromobil alanlara subsidiyalar veriləcək
Nigar Umaxanlı, Banco.az