Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple” ilk dəfə 5 trilyon dollarlıq bazar dəyərinə çatıb.
Banco.az xəbər verir ki, “Apple” tarixdə bazar dəyəri 5 trilyon dollara çatan ikinci şirkət olub.
“iPhone” istehsalçısının səhmləri bu gün 1,8 faizə qədər bahalaşaraq 342,89 dollara yüksəlib və bununla da şirkətin bazar dəyəri ilk dəfə 5 trilyon dollar həddini ötüb. Lakin qısa müddət sonra bazar dəyəri yenidən bu səviyyənin altına enib. Əgər səhmlər günü 340,43 dolların üzərində başa vursa, şirkət bu həddi rəsmi olaraq geridə qoymuş olacaq.
“Nvidia” mayın 14-də 5,7 trilyon dollarlıq rekord bazar dəyəri ilə ticarət gününü başa vurmuşdu. Lakin həmin tarixdən etibarən şirkətin bazar dəyəri təxminən 1 trilyon dollar azalıb.
Hazırda “Apple” S&P 500 İndeksi tərkibində bazar dəyərinə görə ən böyük şirkət mövqeyini tutur.
Bizi sosial şəbəkələrdən izləyin!!
