Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanının nüvə enerjisi addımı neft ixracat gücünü artıracaq.
Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının enerji portfelinə nüvə enerjisini daxil etmək planının, elektrik istehsalında neftdən istifadəni azaltmaqla daha çox neftin ixracata yönləndirilməsinə və ölkənin karbohidrogen təchizatçısı mövqeyini gücləndirməsinə töhfə verəcəyi gözlənilir.
Dünyanın ən böyük neft ixracatçılarından olan Səudiyyə Ərəbistanının nüvə enerjisinə keçid planında, ötən ay ABŞ ilə imzaladığı saziş mühüm bir addım kimi qiymətləndirilir.
ABŞ Energetika Naziri Kris Rayt ilə Səudiyyə Ərəbistanı Energetika Naziri Şahzadə Əbdüləziz bin Salman Əl-Səudun imzaladığı "123 Sazişi" iki ölkə arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığın yolunu açır.
Bizi sosial şəbəkələrdən izləyin!!
