Müəllif:Ayşən İmanova/Banco.az
Serbiya Fransadan 3 milyard avroya onlarla Rafale qırıcısı almağa hazırlaşır,Bu, respublikanın ən böyük silah müqaviləsi və Qərbə sadiqliyinin simvolu ola bilər.
Banco.az xəbər verir ki, Serbiya Fransadan 3 milyard avroya 12 Rafale qırıcısı almağı planlaşdırır. Müqavilənin 90%-dən çoxu təsdiqlənib, yaxın bir neçə ay ərzində imzalanması planlaşdırılır.
Serbiya prezidenti Aleksandar Vuçiç hələ 2023-cü ilin fevralında bildirib ki, ölkə Rusiya qırıcılarının alınmasından imtina etməli olacaq. Fransadan qırıcı təyyarələrin alınması Serbiyanın ən böyük silah müqaviləsi olmaqla yanaşı, həm də onun Qərbin Rusiyaya qarşı siyasəti ilə həmrəyliyinin simvolu olacaq.
Qeyd edək ki, Balkan ölkəsi hərbi təyyarələrlə yanaşı, Fransanın radar və raket sistemləri, həmçinin Airbus nəqliyyat təyyarələri üçün də sifarişlər verib.
Bizi sosial şəbəkələrdən izləyin!!