Sentyabr ayında azərbaycanlılar Türkiyədə 98 mənzil alıblar | Banco.az

Sentyabr ayında azərbaycanlılar Türkiyədə 98 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları bu ilin sentyabr ayında Türkiyədə 98 mənzil alıblar. Azərbaycanlılar hesabat ayında Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə ötən ay xaricilərə mənzil satışları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 42% azalaraq 2 min 930-a enib.

Məlumata görə, sentyabrda Rusiya Federasiyası vətəndaşları Türkiyədən 722 ev (1-ci) alıb. İran vətəndaşlarını 327 mənzil (2-ci), İraq vətəndaşları isə 191 mənzil (3-cü) alıblar. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram