Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın idxalında rublun payı rekord səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən dərc olunan məlumatlarda rublun və bəzi xarici valyutaların xarici ticarətdə istifadə məzənnələri ilə bağlı məlumatlar yer alıb.
Buna görə, Rusiyanın Avropadan idxalında rublun payı iyun ayında əvvəlki ayla müqayisədə 4,3 bənd artaraq 58,7 faiz, Afrikadan idxalında rublun payı isə 9,3 bənd artaraq 54,1 faiz olub.
Bu bölgələrdəki artımlarla rublun ölkənin idxalındakı payı iyun ayında 42,9 faizlə rekord səviyyəyə çatıb. Rublun ixracatdakı payı isə iyunda əvvəlki ayla müqayisədə 5,8 bənd artaraq 43 faizə çatıb.
Dərc olunan məlumatlara görə, may ayı ilə müqayisədə iyunda Rusiyanın xarici ticarətində dollar və avronun payı 20,1 faizdən 18,3 faizə düşüb.
Xatırladaq ki, Rusiya Qərb ölkələrinin sanksiyalarına görə xarici ticarətində “zəhərli” hesab etdiyi dollar və avronun payını azaltmağa çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!