Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 824 milyon 710 min dollara bərabər olub.
Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ilk 7 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 408 milyon 591 min dollar təşkil edib.
Bu da illik müqayisədə 2% çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,7%-ni təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın 4-cü əsas ixrac tərəfdaşı olub. 2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 400 milyon 558 min dollar olub.
Azərbaycandan idxal isə 416 milyon 119 min dollara bərabər olub. Bu isə illik müqayisədə 24.8% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 333 milyon 437 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
