Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 87% artıb | Banco.az

Xaricə səfər edən vətəndaşların sığorta daxilolmaları 87% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 4 milyon 306 min manat təşkil edib.

Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon manat və ya 87% çoxdur.

Eyni dövrdə xaricə səfər edən vətəndaşların sığorta ödənişləri isə 511 min manat təşkil edib. Bu da illik müqayisədə 245 min manat və ya 1,9 dəfə çoxdur. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında bu növ üzrə yığımların məbləği 2,3 milyon manat, ödənişlərin məbləği isə 266 min manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram