Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 66 milyon 108 min ABŞ dolları dəyərində 24 min 414 ton ət idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 11,4%, dəyəri isə 19,9% artıb.
Belə ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 55 milyon 117 min dollar dəyərində 25 min 180 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
