Ölkələrin ehtiyatlarında qızılın payı: İlk 10 ölkə | Banco.az

Ölkələrin ehtiyatlarında qızılın payı: İlk 10 ölkə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qızıl dünyanın bir çox ölkəsi üçün mühüm ehtiyat aktivi olaraq qalır. Lakin mərkəzi bankların ehtiyatlarında qızılın payı ölkələr üzrə ciddi fərqlənir. 2025-ci ilin dekabr məlumatlarına əsaslanan Dünya Qızıl Şurasının göstəricilərinə görə, xüsusilə ABŞ və Avropa ölkələri bu göstəricidə ön sıralardadır.

Banco.az xəbər verir ki, qızılın valyuta ehtiyatlarında ən yüksək paya malik olduğu 10 ölkə bunlardır:

  1. ABŞ: 8 133 ton, 82,4%

  2. Almaniya: 3 350 ton, 82,2%

  3. Fransa: 2 437 ton, 79,9%

  4. İtaliya: 2 452 ton, 79,3%

  5. Niderland: 612 ton, 72,9%

  6. Türkiyə: 614 ton, 54,6%

  7. İspaniya: 282 ton, 30,8%

  8. Böyük Britaniya: 310 ton, 20,3%

  9. Hindistan: 880 ton, 17,7%

  10. Avstraliya: 80 ton, 15,3%

Qeyd edək ki, qızıl ehtiyatının həcmi ilə onun ümumi ehtiyatlardakı payı eyni göstərici deyil. Məsələn, Çin 2 306 ton qızıla sahib olsa da, bu, ölkənin ehtiyatlarının yalnız 8,6%-ni təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram