Həmyerlimiz Özbəkistanda yüksək vəzifəyə təyin olunub | Banco.az

Həmyerlimiz Özbəkistanda yüksək vəzifəyə təyin olunub

Əjdər Salahov Özbəkistanda Coca-Cola içəcək şirkətinin Maliyyə Direktoru vəzifəsinə təyin olunub. 

Banco.az-ın əldə etdiyi məlumata görə, Əjdər Salahov bundan əvvəl Qazaxıstanda Coca-Cola içəcək şirkətinin Maliyyə Direktoru vəzifəsinda çalışıb.

Maliyyə sahəsində 19 illik təcrübəyə malik olan Əjdər Salahov bu vəzifəyə qədər Coca-Cola içəcək Azərbaycan şirkətində Kommersiya Maliyyə Meneceri, Coca-Cola içəcək Tacikistan, Coca-Cola içəcək Qırğızıstan və Coca-Cola içəcək Banqladeş şirkətində Maliyyə Direktoru vəzifəsində çalışıb. Həmyerlimiz Azərbaycan Dövlət İqtisad Universitetində, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram