Rusiyadan Çinə təbii qaz daşıyacaq xəttin layihəsi başa çatıb | Banco.az

Rusiyadan Çinə təbii qaz daşıyacaq xəttin layihəsi başa çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyadan Çinə təbii qaz daşıyacaq xəttin layihəsi başa çatıb.

Banco.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Monqolustandan təbii qaz sahəsində müsbət gözləntilərinin olduğunu bildirib.

Monqolustanın paytaxtı Ulan-Batordakı təmaslarından sonra Putin Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə birlikdə mətbuata açıqlamalar verib.

Rusiyanın Monqolustanın əsas ticarət tərəfdaşlarından biri olduğunu vurğulayan Putin cari ilin ilk 7 ayında iki ölkə arasındakı ticarət dövriyyəsinin 21 faiz artdığını dilə gətirib. Onun sözlərinə görə, iki ölkə arasında kommersiya ödənişləri demək olar ki, tamamilə dollar və avroya alternativ valyutalarda həyata keçirilir.

Putin Rusiya qazının Monqolustan vasitəsilə Çinə nəqlini nəzərdə tutan “Sibirin Gücü 2” boru kəməri layihəsi ilə bağlı da qiymətləndirmələr edib. 

“Təbii qaz sahəsində əməkdaşlıqla bağlı müsbət gözləntilərimiz var. Rusiya Monqolustan və Çini birləşdirəcək təxminən min kilometr uzunluğundakı Soyuz Vostok təbii qaz boru kəmərinin layihə dizaynı tamamlanıb. Hazırda layihənin dövlət ekspertizası aparılır”, prezident bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda “Sibirin Gücü” boru kəməri ilə nəqllər davam edərkən sözügedən xəttin 2025-ci ildə 38 milyard kubmetr tutumuna çatacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram