Rusiya iqtisadiyyatında staqnasiya daha iki il davam edəcək | Banco.az

Rusiya iqtisadiyyatında staqnasiya daha iki il davam edəcək

Rusiya iqtisadiyyatında ciddi artım növbəti iki ildə də gözlənilmir. 

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu nəticəyə "Valday" Beynəlxalq Diskussiya Klubunun toplantısında iştirak edən analitiklər gəliblər. Ekspertlər 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərinin iqtisadi artıma təsir etməyəcəyini, 2017-2019-cu illərdə iqtisadiyyatın zəif artım göstərəcəyini bildiriblər.

Əlavə impulslar olmadan Rusiya iqtisadiyyatının növbəti iki ildə maksimum 2% artacağı ehtimal edilir. Bu il üçün isə analitiklər 1,4-1,5% iqtisadi artım proqnozlaşdırırlar. Ekspertlərin fikrincə, zəif investisiya fəallığı Rusiya iqtisadiyyatında ciddi irəliləmənin olmayacağını göstərir.

Ən sərfəli kredit üçün müraciət et

"Alfa Bank"ın baş iqtisadçısı Natalya Orlova bildirib ki, növbəti iki ildə vəziyyət böyük ehtimalla 2017-ci ildə olduğu kimi qalacaq: "ÜDM 1-2% diapazonunda artacaq. İqtisadi İnkişaf Nazirliyinin gözlədiyi 2%-lik iqtisadi artım olmayacaq. Bu il ÜDM yəqin ki, 1,4% artacaq". 

Qeyd edək ki, proqnozların azaldılmasına səbəb "Vneşekonombank"ın iyul ayında aylıq müqayisədə ÜDM-in 0,6% azalması ilə bağlı xəbəri olub. İllik iqtisadi artım iyunda 2,7% olduğu halda, iyulda 2%-ə geriləyib. May ayında isə bu göstərici 3,1% təşkil edib. Xatırladaq ki, yanvar-iyul aylarında Rusiya iqtisadiyyatı 1,6% artım göstərib.

Ən sərfəli krediti almaq üçün müraciət et