Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır | Banco.az

Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır

Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyasında ölkə iqtisadiyyatında xarici valyutadan istifadənin minimuma endirilməsi və maliyyə sisteminin xarici bazarlardan asılılığının azaldılması nəzərdə tutulub. "Rambler News Service"ə istinadən xəbər verilir ki, bu barədə Rusiya Prezidentinin müvafiq fərmanında bildirilir.

Sənəddə həmçinin deyilir ki, qarşıda duran əsas vəzifələr milli maliyyə bazarının infrastrukturunun, milli hesablaşma sisteminin, milli ödəniş kartları sisteminin və milli maliyyə xəbərləri ötürücü sisteminin inkişaf etdirilməsi olmalıdır. Həmçinin, strategiya daxili bazarda uzunmüddətli maliyyə mənbələrinin inkişafını və dövlət maliyyəsinin investisiyayönümlü olması zərurəti prioritet məsələlər kimi qəbul edilib.

Mənbə: Report.az