“Nikoil Bank”ın Marketinq departamentinin direktoru dəyişib. İndiyədək departamentin direktoru olmuş Rəşad Cümşüdov Bankı tərk edib.
Məlumatı Rəşad Cümşüdov da təsdiq edib. O qeyd edib ki, öz ərizəsilə, dostcasına Bankdan ayrılıb.
“Hazırda bir neçə təklifləri qiymətləndirirəm. Bu təkliflər məni qane etməsə, özümə məxsus bir layihəni həyata keçirməyi planlaşdırıram”.
Artıq “Nikoil Bank”ın Marketinq departamentinin direktoru vəzifəsinə Miriyeva Nigar Seyidəhməd qızı təyin edilib.
03.04.2018 tarixindən etibarən “NİKOYL” Bankın Marketinq Departamentinin Direktoru vəzifəsinə Miriyeva Nigar Seyidəhməd qızı təyin olunub.
Fed.az