498 günə 195 ölkə: amerikalı səyyah dünya rekorduna imza atdı | Banco.az

498 günə 195 ölkə: amerikalı səyyah dünya rekorduna imza atdı

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikalı səyyah Maykl Zervos dünyanın 195 ölkəsinin hamısını  498 günə ziyarət edərək Ginnesin Rekordlar Kitabına düşüb.

Banco.az xəbər verir ki, Zervos dünya səyahətinə 2024-cü ilin yanvarında başlayıb və macərasını 2025-ci ilin mayında başa vurub. Beləliklə, o, təxminən 1 il 4 ay ərzində dünyanın bütün ölkələrini gəzməyi bacarıb.

Səyahətin ən diqqətçəkən tərəfi isə tempidir: Zervos hər ölkədə orta hesabla 3 gündən az vaxt keçirib. Bu isə təxminən hər üç gündə bir yeni ölkə deməkdir.

Belə genişmiqyaslı səyahət üçün yalnız maliyyə imkanları deyil, həm də viza prosedurları, saysız-hesabsız uçuşlar, sərhəd keçidləri və dəqiq logistika tələb olunub.

Maykl Zervosun 498 günlük səyahəti dünyanın 195 ölkəsinin hamısını ən qısa müddətdə ziyarət etmək üzrə rekord kimi qeydə alınıb.