Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin birinci yarımili ərzində ölkədə 7,7 min iş yeri bağlanıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 min və ya 79% azdır.
Məlumata görə, bu dövrdə bağlanmış iş yerlərinin 41,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 14,1 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 85,9 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
