ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb | Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı azalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə ilk dəfə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı avqustun 15-də başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 6 min nəfər azalaraq 206 minə düşüb.

Bazar gözləntisi isə bu dövrdə işsizlik müavinəti üçün müraciətlərin sayının 210 min olacağı istiqamətində idi.

İşsizlik müavinəti üçün müraciətlərin sayına dair əvvəlki həftənin göstəricisi 209 mindən 212 minə yenidən nəzərdən keçirilib.

Ötən həftə etibarilə dörd həftəlik orta müraciət sayı isə 4 min 25 nəfər artaraq 204 minə çatıb.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı da avqustun 8-də başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 18 min artaraq 1 milyon 799 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram