Azərbaycanda I yarımildə 52 mindən çox yeni iş yeri açılıb | Banco.az

Azərbaycanda I yarımildə 52 mindən çox yeni iş yeri açılıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin altı ayı ərzində ölkədə 52,3 min yeni iş yerləri açılıb.

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 7% çoxdur.

Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 93,2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni açılmış iş yerlərinin 77,5 faizi Bakı şəhərinin, 1,5 faizi Naxçıvan Muxtar Respublikasının, 21,0 faizi digər regionların, o cümlədən 6,5 faizi Abşeron-Xızı, 2,5 faizi Gəncə-Daşkəsən, 2,0 faizi Quba-Xaçmaz, 2,0 faizi ŞəkiZaqatala, 1,8 faizi Qarabağ, 1,4 faizi Qazax-Tovuz, 1,1 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,8 faizi LənkəranAstara, 0,8 faizi Şirvan-Salyan, 0,7 faizi Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram