"Mərkəzi Banklar tərəfindən rəqəmsal valyutaların yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Mərkəzi Bankı olaraq bu kimi təşəbbüsləri yaxından izləyirik".
Bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının milli ödənişlər sisteminin nəzarət və inkişaf bölməsinin baş mütəxəssisi Rəşad Qasımov deyib. Bildirib ki, hazırda həyata keçirilən bütün layihələr tərəfimizdən təhlil olunur. Rəqəmsal manatın yaradılmasında da bu təcrübələrdən istifadə olunur.R. Qasımov bundan əlavə, əsas diqqət edilən məsələlərdən birinin təmassız ödənişləin artırılması və genişləndirilməsi olduğunu deyib.
"İstifadəçilərin bu kimi əməliyyatlara üstünlük verməsi təmassız ödənişlərin kütləvi olaraq artırılmasında yüksək dinamikanın müşahidə olunmasına səbəb olur. Bu istiqamətdə istər nəqliyyat, istər ictimai iaşələr bu kimi təşəbbüslərin həyata keçirilməsi prioritetlərimiz sırasındadır" - deyə o əlavə edib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!