Rayonların “öz-özünü saxlaya bilməsi” anlayışına yenidən baxmaq daha doğru olardı – Ekspert | Banco.az

Rayonların “öz-özünü saxlaya bilməsi” anlayışına yenidən baxmaq daha doğru olardı – Ekspert

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bir rayonun xərclərini ödəməsi məsələsinə real prizmadan baxmaq daha yaxşı olardı”.

Bu fikirləri Banco.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov  deyib. O bildirib ki,  bir rayonun özünü tam maliyyələşdirməsi dövlət tərəfindən həmin rayon üçün heç bir manat da ödənişin edilməməsi kimi başa düşülməlidir.

“Əgər həmin rayonda  işləyən tibb işçisinə, müəllimə, təhlükəsizliyinə, çox saylı dövlət qurumlarının nümayəndələrinə, cümlədən də sosial müavinət və yardım alanlara, infrastruktura çəkilən bütün xərcləri dövlətin yox həmin rayonun daxili imkanları hesabına ödənilirsə, onda bu bu rayon büdcədən asılı deyil deyə bilərik. Gəlin real rəqəmlərə baxaq. 2024-cü ilin büdcə layihəsində Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 865 000 000,0 manat göstərilib. Burada, Mingəçevir üzrə gəlirlər 34 600 000 manat göstərilir. Məgər  bir il müddətinə 34 600 000 manatla Mingəçevirdə yaşayan insanların bütün xərclərini ödəmək olarmı?  Başqa sözlə, biz rayonun özünü saxlaması dedikdə biz rayonun özünü saxlamasına aid olan bütün xərcləri nəzərə almırıq.Və yaxud başqa rayona baxaq, məsələn Balakən. 2024 -cü il üçün Balakən rayonu üzrə gəlirlər 9 460 000 milyon manat təşkil edir. Balakən rayonunu 9 milyon manata saxlamaq olmaz axı. Orada olan həkimin,müəllimin, polisin,  uşaq pulunun, sosial ödənişin, və s milyonlarla digər ödənişlər büdcə üzrə digər xərc bəndlərindən ödənilir. Hesab edirəm ki, “rayonların öz-özünü saxlaya bilməsi” anlayışına yenidən baxmaq daha doğru olardı”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq. Bu il büdcədən dəstək olan Lerik rayonu gələn il öz gəlirləri hesabına dolanmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram