Qızılın ucuzlaşacağı proqnozları gündəmdə qalır | Banco.az

Qızılın ucuzlaşacağı proqnozları gündəmdə qalır

Foreks bazarlarında dolların bahalaşa biləcəyi ehtimalları yaranmaqla yanaşı, əlvan metallar birjalarında qızıl da təzyiq altında qalmaqdadır.

Foreks bazarlarında dollar bahalaşa bilər. Qızıl da təzyiq altında

Beynəlxalq birjalarında ümumilikdə son günlərlə müqayisədə qarışıq mənzərə yaransa da maliyyə alətləri üzrə qiymətlərin texniki səbəbləri ayrı-ayrılıqda aydın görünməkdədir. 

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, son günlər dolların aparıcı valyutalara nisbətən qiymətlərində baş verən ucuzlaşma ilə bərabər, qızılın qiymətində də ucuzlaşma müşahidə edilirdi. Hazırda isə dolların qiymətində bahalaşma ehtimalları artsa da qızılda ucuzlaşmanın davam edəcəyi proqnozları gündəmdə qalmaqdadır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et