Müəllif:Mehin Qasımova/Banco.az
“Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya qaz holdinqinin bəyanatında deyilir.
“Sibirin Gücü” qaz kəməri ilə Rusiya qazının tədarükü şirkətin gündəlik müqavilə öhdəliklərini növbəti dəfə üstələyib.
Qeyd edək ki,Sibirin Gücü vasitəsilə tədarüklər Qazprom və CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
Məlumata görə, yaxın illərdə “Qazprom”un Çinə ixracının ümumi həcmi 48 milyard kubmetrə çatacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!