Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Azərbaycanın Afrikada və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə pandemiyadan sonrakı bərpa prosesini dəstəkləməsi və 1 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərməsi çox təqdirəlayiq addımdır ”.
Bunu Banco.az-a Pakistan–Azərbaycan Məzunları Birliyinin qurucusu, strateji kommunikasiyalar üzrə pakistanlı ekspert, COP28-in iştirakçısı Qayser Nəvvab deyib.
“Azərbaycanın enerji keçidinə kompleks yanaşması iqtisadi artımın və elektrik enerjisinə artan tələbatın səbəb olduğu dəyişən enerji mənzərəsində özünü göstərir. Bu addım nəticəsində dayanıqlı enerjiyə diqqət çoxaldı, yaşıl enerjini təşviq edən və istixana qazı emissiyalarını azaldan xarici siyasət təşəbbüslərinin miqyası dünyaya yayıldı”.
COP28-in iştirakçısı qeyd edib ki, COP29-a ev sahibliyi etməsi Azərbaycanı iqlim dəyişikliyi ilə qlobal mübarizədə əsas oyunçulardan biri kimi önə çıxaracaq:
Hesab edirəm ki, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faiz azaldılmasını planlaşdıran Azərbaycan digər ölkələr üçün qlobal davamlı inkişaf məqsədlərinə uyğun olaraq fəal şəkildə gələcəyini formalaşdıran nümunəvi modeldir.
Bizi sosial şəbəkələrdən izləyin!!