Avrozonada istehsalçı qiymətləri proqnozlara uyğun olaraq artıb | Banco.az

Avrozonada istehsalçı qiymətləri proqnozlara uyğun olaraq artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada istehsalçı qiymətləri proqnozlara uyğun olaraq artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (“Eurostat”) Avropa İttifaqı (Aİ) və Avrozonanın aprel ayı üzrə istehsalçı qiymətləri indeksi (İQİ) göstəricilərini açıqlayıb.

Məlumatlara görə, Aİ-də İQİ aprel ayında əvvəlki ayla müqayisədə 0,7 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,9 faiz artıb.

Avrozonada isə İQİ aprel ayında aylıq ifadədə 0,6 faiz, illik ifadədə isə 4,8 faiz yüksəlib.

Bazar iştirakçılarının gözləntisi də Avrozonada İQİ-nin aylıq 0,6 faiz, illik isə 4,8 faiz artacağı istiqamətində idi.

Aİ üzv ölkələri arasında İQİ aprel ayında aylıq müqayisədə ən çox Danimarkada 3 faiz, Xorvatiyada 2,7 faiz və Belçikada 2,4 faiz artıb. Həmin dövrdə İQİ Fransada 2,1 faiz, Estoniyada 0,8 faiz və İsveçdə 0,3 faiz azalıb.

İllik müqayisədə isə İQİ aprel ayında Bolqarıstanda 14,5 faiz, Litvada 13,1 faiz və Rumıniyada 11,5 faiz yüksəlib. Əksinə, Lüksemburqda 3,7 faiz, Estoniyada 1,2 faiz, Cənubi Kipr Rum Administrasiyasında 0,7 faiz və Latviyada 0,6 faiz azalma qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram