Oyun həvəskarları hansı saytları mütləq izləməlidir? | Banco.az

Oyun həvəskarları hansı saytları mütləq izləməlidir?

Müəllif - Aida İsaq, Banco.az

Virtual oyun sektoru daim inkişaf edən sahələrdən biridir. Asudə zamanımızı müəyyən qədər bu oyunlarla dəyərləndirmək olduqca əyləncəli səslənə bilər. Bəzən isə yüzlərlə seçimlərin arasında itib bata bilirik.

Banco.az bu mövzuda sizin üçün faydalı ola biləcək və istənilən cihazlardan daxil olmaq şansınız olan saytların siyahısını təqdim edir.

GG App

Bu saytda sizə maraqlı olan oyunların kolleksiyasını yarada, öz qeydlərinizi apara, dostlarınızı izləyə bilərsiniz.

Games Finder

İstədiyiniz oyunlara bənzər oyunları buradan tapa bilərsiniz.

How Long To Beat

Oynadığınız və ya sonra oynayacağınız oyunun orta hesabla nə qədər zaman alacağını göstərir. Beləliklə, oyuna başlamazdan əvvəl nə qədər zaman sərf etməyinizin lazım olduğunu öyrənmək baxımından çox faydalıdır.

Humble Bundle

Burada büdcənizə uyğun oyun paketlərini tapa bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Metacritic

Sevimli və ya oynamaq istədiyiniz oyunlarınızın peşəkarlar tərəfindən necə dəyərləndirildiyini, ümumilikdə hansı rəyləri aldığını öyrənmək üçün bu platforma ən əlverişli variantdır.

PSPrices

Əgər siz “PlayStation” istifadəçisisinizsə və endirimləri yaxından izləmək istəyirsinizsə bura tam olaraq axtardığınız ünvandır.

Reddit

Sevdiyiniz oyunlar haqqında paylaşımlar edə, suallar ünvanlaya, şərhlər yaza biləcəyiniz ən əyləncəli platformadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et