Müəllif: Tamara Mustafayeva, Banco.az
“OPEC” gələn ilə dair neft proqnozlarını bölüşüb.
Banco.az xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2045-ci ilə qədər qlobal iqtisadiyyat, enerji və neftə tələbat üzrə orta və uzunmüddətli proqnozları özündə əks etdirən 2023-cü il üzrə Dünya Neft Baxışı hesabatı dərc olunub.
Hesabata görə, ötən il gündəlik 291 milyon barel neft ekvivalentində olan qlobal ilkin enerji tələbinin 2045-ci ildə gündəlik neft ekvivalenti (23 faiz) 68,3 milyon barel artaraq 359 milyon barel neft ekvivalentinə çatacağı gözlənilir.
Resurs əsasında enerji siyasətləri və iqlim öhdəlikləri səbəbindən kömürdən başqa bütün əsas yanacağa tələbatın uzunmüddətli perspektivdə artması ehtimal edilir.
Bu dövrdə ən güclü artımın bir çox bölgədəki güclü siyasət dəstəyinə görə gündə 34,3 milyon barel neft ekvivalenti artımı ilə digər bərpa olunan enerji mənbələrində, xüsusilə də külək və günəş enerjisində yaşanacağı gözlənilir.
Hesabata görə, qlobal neft tələbində də güclü artım gözlənilir. 2045-ci ilə qədər neftin 29,5 faizlə qlobal enerji kompleksində ən böyük paya sahib olacağı proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!