Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-ci il dekabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 23 milyard 618 milyon manat təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 1,8% çoxdur.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 16,8% və ya 3 mlrd. 400 mln. manat artıb. Belə ki, 2022-ci ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 mlrd. 218 mln. manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!