Ödəniş və elektron pul təşkilatları yaxın gələcəkdə AMB-də müxbir hesab aça biləcək | Banco.az

Ödəniş və elektron pul təşkilatları yaxın gələcəkdə AMB-də müxbir hesab aça biləcək

Mərkəzi Bankda (AMB) ödəniş və elektron pul təşkilatları üçün müxbir hesabın açılmasına şərait yaradılacaq.

Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının ödəniş xidmətləri və ödənişsiz sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev deyib.

    “Ödəniş təşkilatları hesablaşmanı sona çatdıra bilmədikləri üçün banklardan aslı vəziyyətdə olurlar. Bizim məqsədimiz odur ki, ödəniş təşkilatları hesablaşmaları özləri sona çatdıra bilsinlər. Bu isə o deməkdir ki, onlar AMB-də sistem əhəmiyyətli ödəniş sistemlərində müxbir hesab açmalıdırlar. Ancaq hazırki vəziyyətin bunun üçün tez olduğunu düşünürük. Yaxın gələcəkdə ödəniş və elektron pul təşkilatları üçün AMB-də müxbir hesabın açılmasına şərait yaradılacaq" - şöbə rəhbəri əlavə edib.

    apa