“Nissan”ın kredit reytinqi “Fitch” tərəfindən aşağı salınıb | Banco.az

“Nissan”ın kredit reytinqi “Fitch” tərəfindən aşağı salınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Son zamanlar “Honda” ilə nəticəsiz birləşmə danışıqları ilə gündəmə gələn “Nissan”ın kredit reytinqi “Fitch” tərəfindən aşağı salınıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” “Nissan”ın uzunmüddətli kredit reytinqini "davam edən aşağı mənfəətlilik" səbəbindən "BB+" səviyyəsinə endirib.

“Fitch Ratings”in açıqlamasına görə, “Nissan”ın aşağı mənfəətlilik vəziyyəti davam edir və şirkətin 2026-cı ilin mart ayına qədər mənfi pul axını ilə üzləşəcəyi proqnozlaşdırılır.

Bu çərçivədə, avtomobil şirkətinin kredit reytinqinin "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirildiyi** və reytinqin neqativ perspektiv daşıdığı vurğulanıb.

Açıqlamada neqativ reytinqin “Nissan”ın yenidən qurulma planının icrası ilə bağlı mövcud qeyri-müəyyənlikləri əks etdirdiyi qeyd olunub və bu planın xərcləri məqbul səviyyədə azaltmasının gözlənildiyi bildirilib.

Bununla belə, gəlir və xərclərin ABŞ-ın gömrük rüsumlarından, həmçinin ABŞ və Cənub-Şərqi Asiyada zəif yeni avtomobil satışlarından təsirlənə biləcəyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram