Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar azalaraq 44,91 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 48,10 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Treyderlər neftin ucuzlaşmasını dolların gücləndirilməsi ilə əlaqələndirib.