Naxçıvanda vaxtı keçmiş kreditlər kəskin azalmışdır | Banco.az

Naxçıvanda vaxtı keçmiş kreditlər kəskin azalmışdır

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, vaxtı keçmiş kreditlərin həcmi artmaqda davam edir. Belə ki, əgər ötən ay vaxtı keçmiş kreditlərin həcmi 900 088 min manat olmuşdursa, 01.09.2014 tarixinə 4.3% artaraq 938 765.6 min manat olmuşdur. Vaxtı keçmiş kreditlərin 84.14%-i Bakının payına düşür. 

Bununla yanaşı, vaxtı keçmiş kreditlər üzrə ən yüksək artım tempi Aran iqtisadi rayonunun (7.64%) payına düşür. Lakin onu da qeyd etmək lazımdır ki, bir sıra (Şəki-Zaqatala  və Naxçıvan) iqtisadi regionlarda vaxtı keçmiş kreditlərin (VKK) ümumi həcmi kəskin şəkildə aşağı düşmüşdür. Belə ki, Naxçıvan MR-da vaxtı keçmiş kreditlərin həcmi yarıdan da çox (51.83%) azalaraq 3174.4 min manat olmuşdur. Şəki-Zaqatala da isə 11.18%-lik azalma müşahidə olunmuşdur. 

Region 01.08.2014 (min AZN) 01.09.2014 (min AZN) Artım tempi%
Bakı 753 246.4 789 859.1 4.86%
Abşeron 39 316.4 40 318.9 2.55%
Aran 45 719.7 49 211.3 7.64%
Dağlıq Şirvan 5 149.6 5 218.3 1.33%
Quba-Xaçmaz 6 217.1 6 485.2 4.31%
Lənkəran 17 078.6 17 864.8 4.60%
Şəki-Zaqatala 8 578.9 7 619.9 -11.18%
Yuxarı Qarabağ 2 887.2 3017 4.50%
Kəlbəcər-Laçın 833.1 878.5 5.45%
Naxçıvan 6590.1 3174.1 -51.83%
Gəncə-Qazax 14 470.9 15 118.2 4.47%
Cəmi 900 088 938 765.6 4.30%

 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et