"Morgan Stanley" 2023-cü ilin I rübü üzrə neft proqnozunu aşağı salıb | Banco.az

"Morgan Stanley" 2023-cü ilin I rübü üzrə neft proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neftlə bağlı yeni proqnoz verilib.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli investisiya bankı “Morgan Stanley”in strateqləri dərc etdikləri bir məqalədə 2023-cü ilin birinci rübündə neft təklifində cüzi artım olacağını və qiymətlərin 5 dollar azalacağını proqnozlaşdırıblar.

Martijn Rats və Amy Serjantın da daxil olduğu qurumun strateqləri 2023-cü ilin birinci rübü üzrə Brent markalı neft və ABŞ xam nefti üçün qiymət proqnozlarını müvafiq olaraq 95 dollara və 92,5 dollara endiriblər.

Bank strateqləri neft bazarının taleyini yeddi amilin müəyyən edəcəyini vurğulayıblar. Bu amillər aşağıdakı kimi sıralanıb:

  • Aviasiya sənayesinin bərpası

  • Çinin yenidən canlanması

  • Aİ-nin Rusiya neftinə embarqosu

  • Dizeldə sıxlıq

  • ABŞ-ın qurudakı neftinin vəziyyəti

  • Strateji neft ehtiyatlarının bazara çıxarılmasının başa çatması

  • Kapital məsrəflərinin istiqamətləndirilməsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram