Min il bundan sonra insanlar necə görünəcək? | Banco.az

Min il bundan sonra insanlar necə görünəcək?

İnsanoğlunun təkamül dövrü hələ də davam edir. Bəs, 1000 il sonra təkamül bizi hara aparacaq? İnsanoğlunun görünüşündə hansı dəyişikliklər olacaq?

Bundan 1000 il sonra insanların daha uzun boylu olacaqları təxmin edilir. Keçdiyimiz 130 il ərzində insan irqinin boy ölçüsündə ciddi artış müəyyən edilmişdir.

İnkişaf etməkdə olan texnologiya insanların eşitmə qabiliyyətini artırmaq və ya görmə qüsurlarını yaxşılaşdırmaq üçün cihazlarla insanları birləşdirir. Günümüzdə mobil cihazlara belə yerləşdirilə bilən eşitmə alətləri sayəsində eşitmə qabiliyyəti artırıla bilir. Oregon Universitetində mütəxəssislər görmə qüsurlu şəxslərin görmə bacarıqlarını bərpa etmək üçün “biyonik gözlər” üzərində işləyirlər.

Dəyişən yeganə şey insanoğlunun fiziki görünüşü deyil. Genlərimiz də həyatda qalmağımızı təmin etmək üçün mikroskobik səviyyələrdə təkamülə uğrayır. Məsələn, Oksford tərəfindən həyata keçirilən bir tədqiqat Cənubi Afrikada HIV (immun çatışmazlığı virusu) virusu daşıyan bir qrup uşağın artıq olduqca sağlam bir həyat yaşadıqlarını nəzərə çatdırır. Hətta “CRISPR” kimi gen təmzimləyici cihazlarla genlərimizin və DNT –mizin gələcəkdə nəzərat edilə bilən olacağı və beləliklə də özümüzdə xəstəliklərə qarşı immunitet yarada biləcəyimiz proqnozlaşdırılır. Yaşlanma əlamətlərinin də aradan qaldırıla biləcəyi gözləntilər arasındadır.

Ən sərfəli kredit üçün müraciət et

İnsanoğlunun təkamülünu fərqli bir istiqamətdə irəlilətmək üçün edilə biləcək işlərdən bir digəri də bir qrup insanın Marsa göndərilməsi ola bilər. Mars, Dünya ilə müqayisədə 66% daha az günəş işığı qəbul edir. Bu da Marsda yaşayacaq insanların daha yaxşı görə bilmək üçün daha böyük göz bəbəklərinə sahib olacağı deməkdir. Eyni zamanda Marsda cazibə qüvvəsinin Dünyadakının 38%-nə bərabər olduğunu düşündükdə orada dünyaya gələn insanların daha uzun olacağı düşünülür.

Bəs insanoğlunun təkamül mərhələsinin ən böyük dəyişikliyə səbəb ola biləcək “ölümsüzlük” mövzusunda hansı yeniliklər bizi gözləyir? Ölümsüzlüyə gedən yolun çox güman ki, insanoğlunun yaddaşındakı bütün informasiyaların bir cihaza köçürülməsi ilə mümkün olacağına inanan Çin və İtaliya alimləri bu mövzuda araşdırmalar aparırlar.

Elm adamları nə qədər sürətlə dəyişiklik yaşasaq və Dünyadan Kosmosa yayıla bilsək, nəsli tükənən canlılar olaraq yox olma şansımızın azalacağını iddia edirlər.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et