Milyonlarla insanın məlumatları oğurlandı - Bu ilin ən böyük haker əməliyyatı | Banco.az

Milyonlarla insanın məlumatları oğurlandı - Bu ilin ən böyük haker əməliyyatı

Dünyanın ən böyük idman malları istehsalçılarından biri olan ABŞ-ın “Under Armour” şirkəti açıqlayıb ki, üç il öncə aldığı “MyFitnessPal” adlı mobil diet və fitnes tətbiqini istifadə edən 150 milyon nəfərə aid məlumatlar oğurlanıb.

Reuters yazır ki, şirkət bu hadisənin fevral ayında baş verdiyini elan edib.

Tarixin ən böyük haker əməliyyatı hesab olunan adıçəkilən hadisə ilə bağlı olaraq “Under Armour”un səhmlərinin dəyəri bir neçə saat içində 3% aşağı düşüb.

Şirkət elan edib ki, hakerlər tərəfindən ad, e-mail adresləri, şifrələr, sosial kart nömrələri və kredit kartına dair məlumatlar ələ keçirilib. “Under Armour” müştərilərini əmin edib ki, həyati əhəmiyyət daşıyan məlumatlar isə haker qruplaşmasının əlinə keçməyib.

Ən sərfəli kredit üçün müraciət et

“SecurityScorecar”da görə, “MyFitnessPal” qalmaqalı bu ilin ən böyük haker əməliyyatlarından biri hesab oluna bilər. Hadisə bu günə qədər yaşanan ilk beş məlumat sızıntısı arasında yer alır.

Qeyd edək ki, “Under Armour” “MyFitnessPal”u 2015-ci ildə 475 milyon dollar almışdı.

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et