Milli Depozit Mərkəzi mart ayında kupon ödənişlərinin məbləğini açıqlayıb | Banco.az

Milli Depozit Mərkəzi mart ayında kupon ödənişlərinin məbləğini açıqlayıb

Milli Depozit Mərkəzi bu il mart ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

Ötən ay qurum ümumilikdə 118 investor üzrə 52,4 milyon manat və 22,1 milyon ABŞ dolları ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi, “AzerGold” QSC, "Bank BTB" və "Unibank" ASC-lər, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi "PAŞA Yatırım Bankası", "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et