Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni “MİDA Kommunal” portalını istifadəyə verib.
MİDA xəbər verir ki, portal Agentliyin icra olunmuş layihələrində yaşayış binalarının idarə edilməsi prosesinin daha səmərəli şəkildə həyata keçirilməsi və vətəndaşlar tərəfindən əmlakların elektron qaydada idarə edilməsi prosesinin təmin edilməsi məqsədilə yaradılıb.
Yaşayış komplekslərinin sakinləri üçün bu portalda yaradılmış şəxsi kabinetləri üzərindən ödəniş etmək və ödəniş tarixçəsini izləmək imkanı təmin edilib. Beləliklə, sakinlər müvafiq ödənişləri poçt məntəqələri, ödəniş terminalları, bank filial və şöbələri, bankların mobil tətbiqləri ilə yanaşı, “MİDA Kommunal” (https://kommunal.mida.gov.az) portalı üzərindən də rahat şəkildə həyata keçirə bilərlər.
Eyni zamanda, sözügedən portalda sakinlərin elan və bildirişlərlə tanış olmaq, əlavə olaraq onları maraqlandıran suallara cavab tapmaq, o cümlədən onlayn qaydada müraciət ünvanlamaq və müvafiq müraciətin operativ şəkildə cavablandırılması imkanı yaradılıb.
report
Bizi sosial şəbəkələrdən izləyin!!