Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar? | Banco.az

Mənəvi və fiziki cəhətdən tükənməyin qarşısını necə almaq olar?

Artıq işdən həzz ala bilmirsinizsə, deməli, emosional cəhətdən tükənmisiniz. Ancaq bu sindromu vaxtında aşkar edib zərərsizləşdirmək mümkündür. Necə? Mütəxəssislər söyləyir.

Həmçinin oxu: Evdən işləyənlər əmək məhsuldarlığını necə artıra bilər ?

Prioritetlər və özünə qayğı

Hər şeydən əvvəl özünüzə qayğı göstərməyi unutmamalısınız. Müdirin sizə yaxınlaşıb “çox işləyirsiniz, istirahət etməlisiniz” demək ehtimalı çox kiçikdir. Fasilə verin: qısa fasilələrlə ritmik bir iş günü davamlı işdən daha məhsuldardır. Tapşırıqların öhdəsindən gəlməmək riski varsa, “yox” deməyi öyrənmək də vacibdir.

İclaslar və işgüzar görüşlərdə zamanlamaya diqqət edin: gündəliyi idarə edin, lüzumsuz çox danışan həmkarların nitqini vaxtında kəsin.

Prioritetləri müəyyənləşdirin. İş həmişə zamandan daha çox olacaq. “Rıkov qrup” hüquq şirkətinin HR-direktoru Dmitri Utukin hesab edir ki, Pareto prinsipi, həqiqətən, işə yarayır. Sirr 80% nəticəni gətirə biləcək 20% hərəkəti seçməkdədir.

Planlaşdırma və fasilələr

Hər işçi çox böyük bir yüklə qarşılaşır. Fəaliyyətiniz nə qədər uğurlu olsa, iş də bir o qədər çox güc, əmək və enerji tələb edəcək. Daimi gərginlik qıcıqlanmaya, nəticədə xroniki yorğunluğa səbəb olur.

İşin öhdəsindən gəlmək üçün kiçik iş məsuliyyətlərini başqasına ötürün. Rəhbərliklə müzakirə edin ki, katibə, ofis meneceri və ya kuryerə hansı kiçik funksiyanı həvalə edə bilərsiniz. Məsələn, sənədləri hansısa filiala aparmaq, məktublar qoyulmuş zərfləri paketləmək və s.

Ən sərfəli kredit üçün müraciət et

Çətin tapşırıqları günün birinci yarısında, daha sakit və yaradıcı işləri isə günün ikinci yarısında yerinə yetirin.

“Ertəsi gün, növbəti həftə, gələcək ay üçün tapşırıqlarınızı qeyd edin, bu, haradan başlayacağınıza qərar verməyə və yükü düzgün bölüşdürməyə kömək edəcək”, 

Bu sözləri psixoloq Anastasiya Jarikova bildirib.

“Həmkarlarla birlikdə rituallar hazırlayın: qəhvə fasiləsi, parkda gəzinti, yeni filmlərin müzakirəsi. Ancaq belə fasilələrin gündə 30 dəqiqədən çox çəkməməsinə diqqət yetirin. Evdə işləsəniz, maraqlı bir məqalə oxuyun və ya gözlərinizi yumaraq ara verin. Gündə ən azı 3 dəfə otağı havalandırın və mümkünsə, gündə ən azı bir dəfə 10-20 dəqiqə çöldə gəzin. Təzə baş — təzə fikirlər”.

Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər 

İş masanızda sizi işdən yayındıracaq və effektiv qərar verməyə mane ola biləcək heç nə olmamalıdır. Eyni şey kompüterin iş masasına da aiddir. Hər iş gününün və ya iş həftəsinin sonunda onu təmizləməyə vərdiş edin.

Evə iş aparmamağa çalışın: həftədə 48 saatdan çox işləyən insanların emosional tükənməyə meylliliyi daha yüksəkdir. Bəzən perfeksionizmi kənara atmaq və hamıdan hər şeydə üstün olmağa çalışmağı dayandırmaq lazımdır. Unutmayın ki, xoşbəxtlik və məmnunluq hissi üçün işdən başqa şəxsi həyat da lazımdır.

Nigar Umaxanlı, Finco.az